Bakı. Trend:
Livanın paytaxtının mərkəzində etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib.
Trend-in məlumatına görə, bu barədə Al Jazeera telekanalı bildirib.
Bildirilib ki, toqquşmalar Livan parlamentinin yerləşdiyi ərazidə müşahidə olunur.
Təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.