...

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 11 Avqust 2020 23:05 (UTC +04:00)

Bakı. Trend:

Livanın paytaxtı Beyrutun limanında baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, partlayışda ölənlərin sayı 171 nəfərə çatıb. Daha əvvəl 158 nəfərin öldüyü bildirilirdi.

Məlumata əsasən, 6 mindən çox insan xəsarət alıb, 300 min nəfər isə evsiz qalıb.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti