...

Dünyada koronavirusa yoluxanların sayı 22 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 19 Avqust 2020 07:39 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 22 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 19 avqust səhər saatlarına olan məlumata əsasən 22 milyonu ötüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın Con Hopkins Universitetinin apardığı hesablamalar göstərib.

Məlumata bildirilir ki, hazırda yoluxanların sayı 22 046 135 nəfər təşkil edir, 778 557 nəfər xəstəlikdən ölüb, 14 020 530 nəfər isə sağalıb.

Yoluxma hallarının çoxu ABŞ-da (5 479 788) qeydə alınıb. Bunun ardınca Braziliya (3 407 354) və Hindistan (2 702 742) gəlir.

Xəbər lenti

Xəbər lenti