...

“Amazon”un rəhbərinin sərvəti 200 milyard dollara çatıb

Dünya xəbərləri Materials 26 Avqust 2020 14:29 (UTC +04:00)
“Amazon”un rəhbərinin sərvəti 200 milyard dollara çatıb

Bakı. Trend:

Dünyanın ən zəngin şəxsi, “Amazon” korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti 199,7 milyard dollara çatıb.

Trend-in məlumatına görə, bu barədə “Forbes” jurnalının reytinqində deyilir.

Qeyd olunur ki, gün ərzində “Amazon” səhmlərinin alqı-satqısı zamanı milyarderin sərvəti 200 milyard dollar həddini keçsə də, birja bağlananadək məbləğ bir qədər azalıb. Koronavirus pandemiyası müddətində “Amazon”un səhmləri 55 faiz bahalaşıb.

C.Bezos dünyanın ən zəngin şəxslərinin siyahısına 2018-ci ildən rəhbərlik edir. Reytinqdə ikinci yerdə “Microsoft”un təsisçisi Bill Geyts 115,5 milyard dollar sərvətlə, üçüncü yerdə LVMH şirkətlər qrupunun baş direktoru Bernar Arno 113,2 milyard dollar sərvətlə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti