...

Türkiyədə koronavirusdan daha 887 nəfər sağalıb

Dünya xəbərləri Materials 28 Avqust 2020 00:48 (UTC +04:00)
Türkiyədə koronavirusdan daha 887 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 26 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 209 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 491 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 995 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 240 792 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti