...

Ukraynada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Dünya xəbərləri Materials 29 Avqust 2020 15:37 (UTC +04:00)
Ukraynada koronavirusa yoluxma üzrə rekord qeydə alınıb

Bakı. Trend:

Ukraynada koronavirusa yoluxma üzrə rekord göstərici qeydə alınıb.

Trend-in məlumatına görə, son sutka ərzində 2 481 yeni yoluxma faktı olub.

Bundan əvvəlki gün isə 2 438 nəfər virusa yoluxmuşdu. Bu rəqəmlər koronavirus pandemiyası müddətində Ukraynada qeydə alının ən yüksə göstərici olub.

Ölkədə bu günədək 116 978 nəfər koronavirusa yoluxub, 2 492 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti