...

Türkiyədə daha 47 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 1 Sentyabr 2020 20:42 (UTC +04:00)
Türkiyədə daha 47 nəfər koronavirusdan öldü

Bakı. Trend:

Türkiyədə son sutka ərzində koronavirusdan 47 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində məlumat verib.

O qeyd edib ki, son 24 saatda 109 447 şübhəli şəxs koronavirus testindən keçib, onlardan 1572-nin cavabı pozitiv çıxıb. Ağır xəstə sayı 991 nəfərdir, 1003 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 271 775 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 245 929 nəfər sağalıb, 6417 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti