...

İsraildə koronavirusa yoluxanların sayı 118 min nəfəri ötüb

Dünya xəbərləri Materials 2 Sentyabr 2020 07:13 (UTC +04:00)
İsraildə koronavirusa yoluxanların sayı 118 min nəfəri ötüb

Bakı. Trend:

İsraildə ötən gün yeni növ koronavirusa 1 942 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 118 538 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 96 214 nəfəri sağalıb, 957 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 21 367 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti