...

Türkiyədə koronavirusdan daha 947 nəfər sağalıb

Dünya xəbərləri Materials 2 Sentyabr 2020 22:10 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 45 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 6 462 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 596 yeni yoluxma halı qeydə alınıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 947 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 246 876 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti