...

Moskvada koronavirusdan ölənlərin sayı 4 867 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 01:48 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 4 867 nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 10 nəfər ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 10 xəstə dünyasını dəyişib".

Ümumilikdə Rusiyanın paytaxtında 264,3 mindən çox koronavirusa infeksiyasına yoluxma halları qeydə alınıb, 217,8 mindən çox xəstə isə sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti