...

Mövlud Çavuşoğlu: Türkiyə heç bir ilkin şərti olmayan dialoqun tərəfdarıdır

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 15:08 (UTC +04:00)
Mövlud Çavuşoğlu: Türkiyə heç bir ilkin şərti olmayan dialoqun tərəfdarıdır

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberqin Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, hərbi birliklər arasında arzuolunmaz toqquşmaların və münaqişələrin qarşısının alınması ilə bağlı təşəbbüsünü dəstəklədik. Yunanıstan tərəfi isə əvvəlcə bu təklifə razılıq verib, sonra isə qərarını dəyişib. NATO-nun vasitəçiliyi məsələsində yalan danışan qurumun Baş katibi deyil, Yunanıstan tərəfidir.

Trend xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu gündəmdə olan siyasi proseslərə münasibət bildirərkən deyib.

Türkiyənin bütün problemlərin beynəlxalq hüququn normaları çərçivəsində həllini istədiyini və dialoq tərəfdarı olduğunu diqqətə çatdıran nazir Mövlud Çavuşoğlu bildirib ki, məlum məsələlərdə Yunanıstanın haqsız olduğunu Avropa İttifaqı ölkələri də bilir. Haqlı olan tərəf danışıqlardan qaçmaz. Biz ilkin şərti olmayan danışıqların tərəfdarıyıq. Türkiyə bütün su sahələrində, o cümlədə Egey, Şərqi Aralıq dənizlərində hüquq və mənafelərini müdafiə etməkdə qərarlıdır.

Nazir açıqlamasında Türkiyənin xarici siyasətinin digər istiqamətləri ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti