...

Tbilisinin mərkəzində partlayış olub - Ölən var

Dünya xəbərləri Materials 4 Sentyabr 2020 17:24 (UTC +04:00)
Tbilisinin mərkəzində partlayış olub - Ölən var

Bakı. Trend:

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, 3 nəfər yaralanıb.

Qeyd olunur ki, partlayış Tbilisi Filarmoniyasının binasında qeydə alınıb. Hadisə oksigen balonunun partlaması nəticəsində baş verib. Əraziyə çoxlu sayda xilasedici cəlb edilib.

Partlayışın səbəbləri ilə bağlı araşdırma başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti