Serbiyada atışma baş verib

Bakı. Trend:
Serbiyanın paytaxtı Belqradda baş verən atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər ağır yaralanıb.
Trend-in məlumatına görə, bu barədə ölkənin RTS televiziyası bildirib.
Atışma Vojdovats rayonunda baş verib. Hücum naməlum şəxs tərəfindən həyata keçirilib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb, onlardan biri ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis hadisəni araşdırır və hücum edən şəxsin axtarışını aparır.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq