...

Çində ötən sutka ərzində 12 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Dünya xəbərləri Materials 7 Sentyabr 2020 10:14 (UTC +04:00)
Çində ötən sutka ərzində 12 nəfərdə koronavirusun aktiv forması aşkarlanıb

Bakı. Trend:

Çində ötən sutka ərzində 12 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma halları xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 17 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 85 134 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti