...

Türkiyədə koronavirusdan 52 nəfər dünyasını dəyişib

Dünya xəbərləri Materials 8 Sentyabr 2020 20:55 (UTC +04:00)
Türkiyədə koronavirusdan 52 nəfər dünyasını dəyişib

Bakı. Trend:

Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, son 24 saat ərzində 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1 761-nin cavabı pozitiv çıxıb.

Nazir qeyd edib ki, ağır xəstə sayı 1 159 nəfər olub, 1 093 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6 782 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti