Bakı. Trend:
Ermənistanda koronavirusa yoluxanların sayı 45 326 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 174 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 906 nəfər koronavirusdan ölüb, 2 908 nəfərin müalicəsi isə davam edir.