...

Moskvada koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 00:07 (UTC +04:00)
Moskvada koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 006 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti