...

Türkiyədə koronavirusdan sağalanların sayı 261 min nəfəri ötüb

Dünya xəbərləri Materials 15 Sentyabr 2020 21:38 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 261 min nəfəri ötüb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 67 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 7 186 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 294 620 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 327 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 261 260 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti