...

İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu

Dünya xəbərləri Materials 18 Sentyabr 2020 15:44 (UTC +04:00)
İsrail təkrar karantin rejimi tətbiq edən ilk ölkə oldu

Bakı. Trend:

İsraildə sentyabrın 18-dən etibarən 3 həftə müddətinə ümumölkə təkrar karantin rejimi tətbiq olunub.

Trend-in məlumatına görə, bununla da İsrail koronavirus pandemiyası ilə əlaqədar ikinci dəfə karantin rejimi tətbiq edən ilk ölkə olub.

Qeyd olunur ki, karantin rejimi oktyabrın 9-dək davam edəcək. Bu müddət ərzində ölkədə bir neçə dini bayramın keçirilməsi nəzərdə tutulur.

Karantin rejimi müddətində sakinlərə evlərini 1 kilometr məsafəyədək tərk etməyə icazə veriləcək. İctimai nəqliyyat məhdudiyyətlə işləyəcək. 10 nəfərdən artıq qruplarda toplaşmaq qadağan edilir. Kafe, restoran, ticarət mərkəzi, gözəllik salonları bu müddət ərzində bağlı qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti