...

İranda 3,2 min nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 26 Sentyabr 2020 14:57 (UTC +04:00)
İranda 3,2 min nəfər koronavirusa yoluxub

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 3 204 nəfər koronavirusa (COVID-19) yoluxub.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

Beləliklə İranda bu virusa yoluxanların sayı 443 086 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 041 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 172 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 25 394 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranın Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 3,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti