...

Rusiyada son sutkada 10 minə yaxın insan koronavirusa yoluxub

Dünya xəbərləri Materials 3 Oktyabr 2020 17:05 (UTC +04:00)
Rusiyada son sutkada 10 minə yaxın insan koronavirusa yoluxub

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,2 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 9 859 nəfər virusa yoluxub, 174 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 204 502 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 21 251 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 975 859 nəfər virusdan sağalıb, 207 392 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti