...

Ermənistanda koronavirusdan ölənlərin sayı mini keçdi

Dünya xəbərləri Materials 8 Oktyabr 2020 11:04 (UTC +04:00)
Ermənistanda koronavirusdan ölənlərin sayı mini keçdi

Bakı. Trend:

Ermənistanda koronavirusa yoluxanların sayı 54 473 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 718 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 9 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 004 nəfər koronavirusdan ölüb, 7 855 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti