...

Nigeriyada benzin daşıyan maşın qəzaya uğrayıb: Onlarla ölü var

Dünya xəbərləri Materials 13 Oktyabr 2020 12:05 (UTC +04:00)
Nigeriyada benzin daşıyan maşın qəzaya uğrayıb: Onlarla ölü var

Bakı. Trend:

Nigeriyanın cənub-qərbindəki Osun ştatında benzin daşıyan maşının qəzaya uğraması nəticəsində azı 20 nəfər həlak olub.

Trend-in məlumatına görə, qəzadan sonra yaxınlıqdakı 8 maşın tamamilə yanıb.

Qeyd olunur ki, benzin daşıyan maşının sürücüsü idarəetməni itirib. Nəticədə zəncirvari toqquşma qeydə alınıb.

Hadisə ilə əlaqədar avtomobil yolu uzun müddət bağlı qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti