Bakı. Trend:
ABŞ-ın Alyaska ştatı sahillərində 7,4 bal gücündə zəlzələ baş verib.
Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Sand-Point yaşayış məntəqəsindən 94 kilometr cənub-şərqdə, ocağı isə 41 kilometr dərinlikdə yerləşib.
ABŞ Milli Sunami barədə Xəbərdarlıq Mərkəzi zəlzələdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq yayıb.