...

Rusiyada rekord sayda koronavirus xəstəsi öldü

Dünya xəbərləri Materials 27 Oktyabr 2020 12:48 (UTC +04:00)
Rusiyada rekord sayda koronavirus xəstəsi öldü

Bakı. Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 1,54 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 16 550 nəfər virusa yoluxub, 320 nəfər isə həyatını itirib.

Ölüm halları ölkədə bugünədək qeydə alınan ən yüksək göstərici olub.

Bu günə qədər Rusiyada 1 547 774 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 26 589 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 158 940 nəfər virusdan sağalıb, 362 245 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti