...

İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 31 Oktyabr 2020 15:19 (UTC +04:00)
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 386 nəfər koronavirusdan (COVID 19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 34 864 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 820 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 612 774 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 185 nəfərin vəziyyəti ağırdır.

İranda indiyədək 481 930 nəfər koronavirusdan sağalıb.

Tehran, İsfahan, Qum, Şərqi Azərbaycan, Cənubi Xorasan, Simnan, Qəzvin, Lorestan, Ərdəbil, Xuzistan, Kirmanşah, Kohgiluyə və Buyir-Əhməd, Gilan, Buşehr, Zəncan, İlam, Rəzəvi Xorasanı, Mazandaran, Çahar-Mahal və Bəxtuyari, Əlborz, Qərbi Azərbaycan, Mərkəzi, Kirman, Şimali Xorasan, Həmədan və Yəzd vilayətləri qırmızı zonalar hesab olunurlar.

İranda indiyədək 4,92 milyondan çox diaqnoz testi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti