...

Türkiyədə koronavirusdan sağalanların sayı 361 mini keçib

Dünya xəbərləri Materials 18 Noyabr 2020 23:31 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 361 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 116 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 11 820 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 3 742 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 425 628 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 2 592 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 361 655 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti