...

Yerevanda etirazçılar yolları bağlayır

Dünya xəbərləri Materials 19 Noyabr 2020 13:39 (UTC +04:00)
Yerevanda etirazçılar yolları bağlayır

Bakı. Trend:

Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçılar paytaxtın mərkəzində bəzi yolları bağlamağa başlayıb.

Aksiya iştirakçıları “Satqın Nikol” kimi şüarlar səsləndirirlər.

Hadisə yerinə çoxlu sayda polis əməkdaşı cəlb olunub.

Qeyd edək ki, N.Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları Yerevanda noyabrın 10-dan etibarən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti