...

İranda sui-qəsd: Nüvə alimi öldürüldü

Dünya xəbərləri Materials 27 Noyabr 2020 18:30 (UTC +04:00)
İranda sui-qəsd: Nüvə alimi öldürüldü

Bakı. Elnur Bağışov - Trend:

İranın Tehran vilayətinin Absərd şəhərində İranın nüvə alimi Möhsün Fəxrizadə və onu müşayiət edən mühafizəçilərə sui-qəsd olunub.

Trend-in məlumatına görə, Mustafa Xomeyni prospektində öncə partlayış, sonra isə atışma baş verib.

Atışmada 3-4 nəfərin öldüyü bildirilir.

İranın Müdafiə Nazirliyi iranlı nüvə aliminin sui-qəsd nəticəsində ağır yaralandığını və həkimlərin səylərinə baxmayaraq, xəstəxanada öldüyünü bildirib.

M.Fəxrizadə ABŞ-ın Foreign Policy nəşrinin dünyanın ən güclü 500 alimi siyahısında yer alıb.

BMT Təhlükəsizlik Şurası 2007-ci ildə İranın Müdafiə Nazirliyinin Fizika Araşdırmalar Mərkəzinin ditektoru vəzifəsində çalışan Fəxrizadəyə sanksiya tətbiq etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti