...

Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub

Dünya xəbərləri Materials 29 Noyabr 2020 10:45 (UTC +04:00)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub

Bakı. Trend:

Qəzni şəhərində baş verən partlayış nəticəsində ən az 21 nəfər ölüb, 17 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Ariana News" agentliyi yerli xəstəxana rəhbərinə istinadən bildirib.

Məlumata əsasən, ölənlərin və yaralananların hamısı Əfqanıstan ordusunun hətbi qulluqçularıdır.

İlkin məlumata görə, partlayıcı qoyulmuş avtomobil Əfqanıstan Silahlı Qüvvələrinin bazasının yaxınlığında partlayıb.

Xəbər lenti

Xəbər lenti