...

Moldova prezidenti hökuməti istefaya çağırdı

Dünya xəbərləri Materials 30 Noyabr 2020 13:28 (UTC +04:00)
Moldova prezidenti hökuməti istefaya çağırdı

Bakı. Orxan Nəbiyev - Trend:

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu baş nazir İon Kikunun rəhbərlik etdiyi hökumətin gələn il üçün dövlət büdcəsi təsdiq olunduqdan sonra istefaya getməli olduğunu bəyan edib.

Trend-in məlumatına görə, prezident bildirib ki, hazırkı hökumət sabiq prezident İqor Dodonun formalaşdırdığı hökumətdir və seçkilərdə məğlub olduğu üçün istefa verməlidir.

Qeyd edək ki, Maya Sandu noyabrın 15-də keçirilmiş prezident seçkilərinin ikinci turunda 57,7 faiz səs toplayaraq Moldovanın ilk qadın prezidenti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti