...

İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 4 Dekabr 2020 14:28 (UTC +04:00)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 347 nəfər koronavirusdan (COVID-19) ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 49 645 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 341 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 016 835 nəfərə çatıb. Virus daşıyıcılarından 5 824 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 708 106 nəfər koronavirusdan sağalıb. İranda indiyədək 6,29 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 64 rayonun qırmızı, 278 rayonun narıncı və 106 rayonun sarı zona olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti