...

Uruqvayda sabiq prezident Vaskesin ölümü ilə əlaqədar üç günlük matəm elan edilib

Dünya xəbərləri Materials 7 Dekabr 2020 00:29 (UTC +04:00)

Bakı. Trend:

Uruqvay hökuməti keçmiş prezident Tabare Vaskesin ölümü ilə əlaqədar üç günlük matəm elan edib.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının mətbuat xidməti məlumat verib.

"Hökumət üç günlük milli matəm elan etdi. Ölkə daxilində və xaricində bütün hökumət binalarındakı bayraqlar salınacaq" - məlumatda deyilir.

"O (Vaskes), bütün Uruqvaylıların prezidenti idi. Bütün ölkə yas tutur" - Uruqvayın hazırkı prezidenti Luis Lakalye Pou mərhum barədə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti