...

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 12 Dekabr 2020 02:46 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı 70 milyon nəfəri ötüb.

Trend-in məlumatına görə, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 70 000 583 nəfərə çatıb. Onlardan 1 589 964 nəfəri ölüb, 45 066 004 nəfəri isə sağalıb.

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (15 746 026), Hindistanda (9 796 769) və Braziliyada (6 781 799) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti