...

Türkiyədə koronavirusdan sağalanların sayı 1,580 mini keçib

Dünya xəbərləri Materials 12 Dekabr 2020 23:59 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 1,580 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 222 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 16 199 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 29 136 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 1 809 809 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 20 191 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 1 581 565 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti