...

Tramp hökumətin maliyyələşdirilməsinin uzadılması barədə qətnamə imzalayıb

Dünya xəbərləri Materials 19 Dekabr 2020 07:39 (UTC +04:00)
Tramp hökumətin maliyyələşdirilməsinin uzadılması barədə qətnamə imzalayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsinin müddətinin uzadılması barədə qətnaməni imzalayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, federal hökumətin maliyyələşdirilməsi iki gün müddətinə - dekabrın 20-dək uzadılıb.

Xatırladaq ki, daha əvvəl ABŞ Konqresinin hər iki palatası federal hökumətin maliyyələşdirilməsinin müddətinin uzadılması barədə qanun layihəsini qəbul etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti