...

Somalidə stadionda terror aktında ölənlərin sayı 16-ya çatıb

Dünya xəbərləri Materials 19 Dekabr 2020 23:42 (UTC +04:00)
Somalidə stadionda terror aktında ölənlərin sayı 16-ya çatıb

Bakı. Trend:

Somalinin Qalkayo şəhərində yerləşən stadionda 18 dekabrda baş verən bomba partlayışı nəticəsində ən az 16 nəfər öldü.

Trend-in məlumatına görə, bu barədə "France-Presse" agentliyi bildirib.

Bildirilib ki, qurbanların sayı bu səhərə qədər artıb.

Qeyd edək ki, partlayış Somali Baş naziri Məhəmməd Hüseyn Roblenin gəlişindən bir müddət əvvəl Abdullahi Issa adına stadionunda terrorçu-kamikadzenin özünü partlaması nəticəsində olub. Nə baş nazirin özü, nə də katibliyinin üzvləri xəsarət almayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti