...

İran Britaniyaya uçuşları dayandırıb

Dünya xəbərləri Materials 21 Dekabr 2020 11:31 (UTC +04:00)
İran Britaniyaya uçuşları dayandırıb

Bakı. Elnur Bağışov - Trend:

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin qərarı ilə İrandan Böyük Britaniya istiqamətində uçuşlar 2 həftə müddətinə dayandırılıb.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib.

Ş.Adəmnejadın sözlərinə görə, səbəb Böyük Britaniyada mutasiyaya uğramış koronavirusun aşkarlanmasıdır.

O, əlavə edib ki, məqsəd vətəndaşların sağlamlığının qorunması və xəstəliyin ölkəyə gəlməməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti