...

ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Dünya xəbərləri Materials 3 Yanvar 2021 05:25 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

Bakı. Trend:

ABŞ-ın Miçiqan ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Trend-in "The Detroit News" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarə yaşayış evinin üzərinə düşüb, nəticəsində evdə yanğın baş verib. Evin sakinləri xəsarət almayıblar.

Qəza nəticəsində təyyarənin pilotu və iki sərnişin həlak olublar.

Qəzanın səbəbi barədə məlumat verilmir. Hadisə yerində xilasedicilər işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti