Bakı. Trend:
Norveçdə koronavirusun Caənubi Afrika Respublikasında aşkarlanan yeni ştammına ilk yoluxma halı qeydə alınıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yeni ştamma yoluxan şəxs Norveçə Cənubi Afrika Respublikasından gəlib.
Bildirilri ki, Noveçdə həmçinin Böyük Britaniyada aşkarlanan yeni ştamma 23 yoluxma halı təsdiqlənib.
Norveçli həkimlərin sözlərinə görə, hər iki ştamm daha sürətli yayılır, lakin daha ağır fəsadlara yol açmırlar.