Bakı. Trend:
Boliviyanın xarici işlər naziri Roxelio Mayta koronavirusa yoluxub.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir: "XİN xəbər verir ki, nazir Roxelio Mayta koronavirus testindən keçib. Onun testinin nəticəsi müsbət olub".
Qeyd edilir ki, hazırda nazirin vəziyyəti stabildir: "Biotəhlükəsizlik protokollarına əsasən nazir təcrid olunub və həkimlərin nəzarəti altındadır".