...

Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib

Dünya xəbərləri Materials 9 Yanvar 2021 09:55 (UTC +04:00)
Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib

Bakı. Orxan Nəbiyev - Trend:

Çində bu günədək 9 milyondan çox insan koronavirusa qarşı peyvəndlənib.

Trend-in məlumatına görə, bunu ölkənin Səhiyyə və Gigiyena Məsələləri üzrə Dövlət komitəsinin sədri Tszen İsin deyib.

Qeyd olunub ki, ölkədə peyvəndləmə prosesi ötən il dekabrın 15-də başlayıb. Çin hökuməti vaksinasiya üçün "Sinopharm" və "Sinovac" şirkətlərinin peyvəndlərini təsdiq edib.

Fevralın ortalarınadək 50 milyon nəfərin peyvəndlənməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti