Bakı. Trend:
Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca canlı yayımda yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.
Trend xəbər verir ki, F.Qocadan sonra Türkiyə Səhiyyə Nazirliyinin nəzdində COVID-19-la mübarizəyə qarşı yaradılan Elm Qurumu üzvlərinə də peyvənd edilib.
Nazir deyib ki, insanların normal həyata qayıtması üçün hər kəsin peyvənd olunması vacibdir.