...

Rusiyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib

Dünya xəbərləri Materials 15 Yanvar 2021 12:39 (UTC +04:00)
Rusiyada koronavirusa yoluxanların sayı 3,5 milyonu keçib

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 3,52 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 24 715 nəfər virusa yoluxub, 555 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 3 520 531 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 64 495 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 2 909 680 şəxs virusdan sağalıb, 546 356 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti