Bakı. Trend:
Disneyland Paris Avropada sanitar vəziyyətin pisləşməsi səbəbindən fəaliyyətinə yenidən başlamasını 2 aprel tarixinə qədər təxirə saldı.
Trend-in məlumatına görə, bu barədə parkdan məlumat veriblər.
Qeyd edilib ki, Avropadakı mövcud vəziyyətə görə, Disneyland Paris əvvəlcədən planlaşdırıldığı kimi, 13 fevralda açılmayacaq:
"Şərtlər imkan verərsə, 2 aprel 2021-ci ildə Disneyland-ı yenidən açacağıq".