...

"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb

Dünya xəbərləri Materials 24 Yanvar 2021 17:42 (UTC +04:00)
"MOZART" konteyner gəmisi Qabon sahillərinə çatıb

Bakı. Trend:

Nigeriyada dəniz quldurlarının hücumuna məruz qalan "MOZART" konteyner gəmisi Qabonun Port Jantil liman şəhəri sahillərinə yanaşıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismayıloğlu bildirib.

Nazir qeyd edib ki, gəmi saat 11:00-da Port-Jantil sahillərinə yanaşıb.

A.Karaismayıloğlu quldurlarla toqquşmada öldürülən Azərbaycan vətəndaşının ailəsinə başsağlığı verdi:

"15 dənizçimizin sağ-salamat Türkiyəyə dönməsi üçün bütün səyləri səfərbər etdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti