...

"Toyota" 80 mindən çox avtomobili geri çağırıb

Dünya xəbərləri Materials 29 Yanvar 2021 14:22 (UTC +04:00)
"Toyota" 80 mindən çox avtomobili geri çağırıb

Bakı. Orxan Nəbiyev - Trend:

"Toyota Motor" şirkəti Rusiyada 82 405 avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdə şüşətəmizləyicilərin qızdırıcılarında qeydə alınan qüsurlarla əlaqədar verilib.

Geri çağırılma 2013-cü ilin yanvarından etibarən istehsal olunmuş "Toyota LC200" və "Lexus LX570" modellərinə şamil olunur.

Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti