...

İspaniyada "AstraZeneca" vaksinlərini 55 yaşdan yuxarı insanlarda istifadəsi qadağan edilib

Dünya xəbərləri Materials 6 Fevral 2021 04:26 (UTC +04:00)
İspaniyada "AstraZeneca" vaksinlərini 55 yaşdan yuxarı insanlarda istifadəsi qadağan edilib

Bakı. Trend:

İspaniyanın Səhiyyə Nazirliyi Oksford Universiteti və "AstraZeneca" şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin yalnız 18-55 yaş qrupu üçün istifadəsinə icazə verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, sözügedən vaksinlərin ilk partiyası fevralın 8-i gəlməlidir. Hakimiyyətin qərarına əsasən, "AstraZeneca" peyvəndləri ilə koronavirusla mübarizədə ön cəbhədə olmayan tibb və tibb-sosial işçilərinə vurulacaq.

Qeyd edək ki, İspaniyada vaksinasiya ötən ilin dekbar ayının 27-si başlayıb. Hazırkı dövrədək vaksinasiya kampaniyasında "Pfizer" və "BioNTech" şirkətlərinin birgə və "Moderna" şirkətinin istehsal etdiyi peyvəndlərdən istifadə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti