...

ABŞ ÜTT rəhbəri vəzifəsinə Nigeriyanın namizədini dəstəkləyəcək

Dünya xəbərləri Materials 6 Fevral 2021 06:01 (UTC +04:00)

Bakı. Trend:

ABŞ hökuməti Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Baş direktoru vəzifəsi üçün Nigeriyayanın namizədi Ngozi Okonco-İvealanı dəstəkləyir.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın ticarət nümayəndəsinin apartının yaydığı açıqlamada deyilir.

Açıqlamada bildirilir: "Vaşinqton Administrasiyası ÜTT-nin Baş direktoru olaraq Ngozi Okonco-İvealanın namizədliyini qəti şəkildə dəstəklədiyini elan etməkdən məmnunluq duyur".

Qeyd edilir ki, ABŞ Koreyanın ticarət naziri Yu Myon Hinin öz namizədliyini geri götürməsi barədə qərarına hörmətlə yanaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti