...

İsveç bir sıra ölkələrdən səfər qadağasının müddətini uzadıb

Dünya xəbərləri Materials 6 Fevral 2021 15:01 (UTC +04:00)
İsveç bir sıra ölkələrdən səfər qadağasının müddətini uzadıb

Bakı. Orxan Nəbiyev - Trend:

İsveç hökuməti Böyük Britaniya, Danimarka və Norveç vətəndaşlarının ölkəyə daxil olma qadağasını martın 31-dək uzadıb.

Trend-in məlumatına görə, bunu İsveçin daxili işlər naziri Mikael Damberq deyib.

O bildirib ki, bu qərar koronavirusun "Britaniya variantı" ilə bağlı qəbul edilib.

Nazirin sözlərinə görə, virusun mutasiyası ilə bağlı qeyri-müəyyən vəziyyət davam etdiyi üçün qadağa müddəti uzadılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti